Yerli ərik və şaftalı bazara çıxdı: QİYMƏTLƏR - VİDEO

Yerli ərik və şaftalı bazara çıxdı: QİYMƏTLƏR - VİDEO
21:17 11 May 2017
Ölkə mətbuatı
A- A+

Yerli ərik və şaftalı bazara çıxdı. Qiymətləri isə 6 manatadək yüksəlib. Ancaq digər yerli mövsümi meyvələrin çıxması bazarlarda nisbətən ucuzluğa səbəb olub.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, endirim deyə qışqıran satıcılar, əli dolu müştərilər. Mövsümi meyvələrin yetişməsi ilə bazarlarda alıcı sıxlığı müşaiyyət olunur.
Yerli məhsulların bazarda payının artması ilə meyvə tərəvəz ucuzlaşıb.
Qiyməti ən çox düşən məhsullar çiyələk, alça və almadır. Əriklə gilas bəzi rayonlarda tam yetişmədiyindən qiymətləri 1 kiloqramı 2 manat 50 qəpik, 6 manat arası dəyişir. Mövsümi meyvələrin hamısından almaq üçün ortalama 20 -30 manat kifayət edir.
Satıcılar qiymətlərin enməsinin əsas səbəbinin bu il yerli məhsulun bol olması ilə əlaqələndirirlər. Bir neçə günə bəzi meyvələrin bazarlara çıxması ilə qiymətlərin daha da enəcəyi gözlənilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/543826.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR