Qoyunun 5 balası oldu: Tovuzda nadir hadisə - VİDEO

Qoyunun 5 balası oldu: Tovuzda nadir hadisə - VİDEO
21:17 11 May 2017
93 Ölkə
Ölkə mətbuatı
A- A+

Tovuzda bir təsərrüfatda qeyri-adi hadisə baş verib. Qoyunun 5 balası olub. Nadir hadisə kənd sakinlərinin də böyük marağına səbəb olub. Quzuların 5-nin də sağlamlığı qaydasındadır və normal qidalanırlar.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, qoyunun 5 balası olub. Maraqlı hadisə Tovuzun Əlimərdanlı kəndində Qəmbər Hüseynovun təsərrüfatında olub. Səhər saatlarında tövlənin qapısını açan kənd sakini gördüklərinə inanmayıb.
Qoyunun 5 quzu doğmasını sahibi nadir hadisə kimi qiymətləndirir. Qəmbər Hüseynov deyir ki, əvvəllər təsərrüfatında belə hal olmayıb.
Nadir hadisə kənd sakinlərinin də böyük marağına səbəb olub. Quzuların 5-nin də sağlamlığı qaydasındadır və normal qidalanırlar.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:
Qoyunun 5 balası oldu


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/543825.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR