Sakinlər mənzillərinə çıxarış ala bilmir: kommunal ödənişlər alınır - VİDEO

Sakinlər mənzillərinə çıxarış ala bilmir: kommunal ödənişlər alınır - VİDEO
21:17 11 May 2017
99 Ölkə
Ölkə mətbuatı
A- A+

Bir neçə sakin aldıqları mənzilə çıxarışın verilməməsindən və kommunal xidmətlərə görə artıq pul alınmasından şikayyətçidir. Söhbət paytaxtın Nəsimi rayonu Mirəli Qaşqay küçəsində yerləşən 18 mərtəbəli yaşayış binasında yaşayan sakinlərdən gedir.

Sakinlərə aldıqları mənzilin çıxarışı veriləcəyi bildirilsədə ,bu vədə əməl edən yoxdur.
Söhbət Payytaxtın Nəsimi rayonu Mirəli Qaşqay küçəsində yerləşən 18 mərtəbəli yaşayış binasında yaşayan sakinlərdən gedir.Sakinlər bildirir ki,binanı ''Aslan'' MTK'' tikib və hazırda idarə etmənidə onlar həyata keçirir.Ümumilikdə 80 yaxın mənzilin sakinləri bu mtk-dan şikayyəçidir. Onların əsas problemi isə mənzillərə çıxarışın verilməməsi ilə bağlıdır.
Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, sakinlərin digər bir problemi isə, kommunal ödənişlərlə bağlıdır. Belə ki,sakinlər iddia edir ki,onlardan kommunal xidmətə görə ödənişlər artıq alınır.
Məsələ ilə bağlı ''Aslan'' MTK-nın nümayəndəsi Əli Mahmudov binanın qeydiyyatdan keçməməsi fikri ilə razılşmır. O, bildirib ki, mənzillər satılarkən sakinlərə bütün lazımi sənədlər verilib. Yəni çıxarış almaq üçün heç bir çətinlik yoxdur. Vətəndaşlar bu sənədlərlə əmlak məsələri dövlət komitəsinə müraciət etməklə öz çıxarışlarını ala bilərlər...
Əli Mahmudov kommunal xərclərin 7 qəpik yox, artıq yığılmasına da aydınlıq gətirib. O bildirib ki, Bina "Azərişıq" ASC-dən "qeyri-əhali" kimi qeydiyyatdan keçib. Bu halda isə elektrik enerjisinin qiyməti nomaldan artıq olur. Buna görə də sakinlər fərdi şəkildə "Azərişıq"a müraciət edərək texniki şərt almalı və ödənişi əhali tariflərinə uyğun həyata keçirməlidirlər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:
Sakinlər mənzillərinə çıxarış ala bilmir


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/543823.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR