Sabahkı açılış mərasimində nələr olacaq? Azərbaycan bir tarix yazacaq - VİDEO

Sabahkı açılış mərasimində nələr olacaq? Azərbaycan bir tarix yazacaq - VİDEO
21:22 11 May 2017
140 Ölkə
Ölkə mətbuatı
A- A+

Gözlənilən an yetişir. Sabah IV İslam Oyunları start götürür. Onu deyə bilərik ki, açılış mərasimi gözqamaşdırıcı olacaq. Bilet almağa tələsin. Çünki, sabah həyəcanın və zövqün tək ünanı bakı olimpia stadionunu olacaq. Açılış mərasimində sizi nələr gözləyəcək?. Sürpiriz pozulmasın deyə gəlin qısaca nəzər yetirək.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, səhəng daşıyan qız və saat mexanizmləri zamanın yetişdiyini göstərəcək. Azərbaycan bayrağı dalğalandıqdan sonra cəngavərlər at belində qılınc oynadacaqlar
IV İslam Oyunlarının açılış mərasimi gözqamaşdırıcı olacaq. Səhnəcik, qonaqları qarşılayan qızcığazın üzərində qurulub. Yüklü dəvələr, sülh quşları birlik və həmrəyliyə səsləyəcək.
Natiq ritm qrupu bu dəfə də əsrarəngiz ifaları ilə fərqlənəcək. Xalq artisti Alim Qasımov isə yenə dünyaya səs salacaq.
İdmanı, elmi, birliyi, qədimliyi və məğrurluğu özündə ehtiva etdiyini əks elətdirmək üçün səhnə, kitablarla bəzədiləcək. İştirakçı ölkələrin səlnamələrinə səhnəciklərlə nəzər yetiriləcək.
Sabah bütün dünyanın gözü Paytaxt Bakıya yönələcək. Sabah Azərbaycan bir tarix yazacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:
Sabahkı açılış mərasimində nələr olacaq?


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/543828.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR