Yığmamız Pakistana qarşı - YENİLƏNİR

Yığmamız Pakistana qarşı - YENİLƏNİR
21:37 11 May 2017
71 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün İslam Həmrəyliyi Oyunlarında kişi voleybolçuların yarışlarına start veriləcək.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, ilk oyun günündə 2 qarşılaşma baş tutacaq.

Bu görüşlərdə A qrupunun yığmaları bir-biri ilə gücünü yoxlayacaq. Açılış matçı Türkiyə ilə Tacikistan arasında olacaq.

Ardınca Azərbaycan millisi meydana çıxacaq. Fərid Cəlalovun yetirmələri debütdə Pakistan voleybolçuları ilə mübarizə aparacaqlar.

İslam Həmrəyliyi Oyunları

Voleybol, kişilər

I tur

A qrupu

Türkiyə - Türkmənistan - 3:0 (25:16, 25:11, 27:25)

Azərbaycan - Pakistan - 0:0

Azərbaycan: 1. Vüqar Bayramov, 2. Tural Həsənli, 3. Cavid Süleymanov, 7. Emil Abdullayev, 8. Rəsul İbrahimov, 9. Pərviz Səmədov, 10. Dmitri Obodnikov, 12. Bartlomiej Lipinski, 13. Aleksey Çervyakov, 14. İvan Kazaçkov, 15. Dmitri Baranov, 16. Yusuf Ərdəm, 17. Milos Hebda, 19. Kənan Allahverdiyev.

"Bakı Kristan Zal"

Qeyd edək ki, A qrupunda yer alan Fələstin ilk turda istirahət edəcək. Digər "beşlik"də isə Qətər, Əlcəzair, İran, Səudiyyə Ərəbistanı və Mərakeş mübarizə aparacaq. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/543833.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR