Toy karvanı yola pul səpdi, tıxac yarandı

Toy karvanı yola pul səpdi, tıxac yarandı
21:37 11 May 2017
283 Maraqlı
Ölkə mətbuatı
A- A+

Gəncə şəhərində toy karvanında yola çoxlu pul səpilib. Yaxınlıqdan keçən sürücülərin avtomobilləri saxlayaraq digər şəxslərlə birlikdə pul yığması səbəbindən avtomobil yolunda nəqliyyatın hərəkəti bir neçə dəqiqəlik dayanıb.

Milli.Az "Report"a istinadən bildirir ki,şəhərin Atatürk prospektində "Xan bağı" parkının qarşısında hərəkətdə olan toy karvanında olan avtomobillərdən yola pul səpilib.

İçərisində 10 manatlıq əsginasların da olduğu pulları yığmaq istəyən vətəndaşlar, habelə onlara qoşulan maşın sürücüləri nəqliyyatın hərəkətinin bir neçə dəqiqəlik dayanmasına səbəb olub.

Toy karvanın kimə məxsus olduğu barədə hələlik məlumat yoxdur.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/543831.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR