Bağırsağında Azərbaycana heroin keçirmək istədi

Bağırsağında Azərbaycana heroin keçirmək istədi
21:42 11 May 2017
124 Ölkə
Ölkə mətbuatı
A- A+

Dövlət Gömrük Komitəsi (DGK) Biləsuvar Gömrük İdarəsinin əməkdaşları narkotik vasitənin ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilməsi cəhdinin qarşısını alıblar.

Milli.Az DGK-ya istinadən xəbər verir ki, idarənin "Qoşa Təpə" gömrük postunda, daxil olan əməliyyat məlumatı əsasında, İrandan Azərbaycana piyada gələn ölkə vətəndaşı saxlanılıb.

Vətəndaşın üzərində şəxsi yoxlama zamanı, onun daxili orqanında (düz bağırsağında) 13 ədəd bükümdə xalis çəkisi 218,508 qram olan heroin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/543834.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR