Qadın alveri ilə məşğul olan dəstə saxlanıldı

Böyük Britaniyada qadın alveri ilə məşğul olan dəstə saxlanılıb.

Metbuat.az xəbər verir ki, dəstə qadınları iş adıyla aldadaraq, Şərqi Avropa ölkələrindən Şotlandiya və İngiltərəyə aparırmış.

Qurbanların əksəriyyəti Rumıniya və Slovakiya kimi yoxsulluğun hökm sürdüyü ölkələrdəndir. Qadınlar aparıldıqları ölkələrdə fahişəliyə və saxta evliliklərə məcbur edilirmiş. Onlara narkotik maddələrin verildiyi də ortaya çıxıb. Qadınlar Britaniya və Şotlandiyaya aparılmazdan öncə və sonra xüsusi evlərdə saxlanılırmış.

Dəstə qadınların əksəriyyətini asiyalı kişilərə satıb. Məqsəd isə həmin kişilərin Britaniya və Şotlandiyada saxta evliliklə vətəndaşlıq hüququ almalarına kömək etmək olub.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR