Kürdəmirdə iki maşın toqquşub, xəsarət alanlar var

Kürdəmirdə iki maşın toqquşub, xəsarət alanlar var
21:47 11 May 2017
82 Ölkə
Ölkə mətbuatı
A- A+

Kürdəmir. 11 may. REPORT.AZ/ Kürdəmir rayonunda iki minik avtomobilinin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un Şirvan bürosu xəbər verir ki, hadisə bu gün 19:30 radələrində Ağsu-Kürəmir-Bəhramtəpə yolunun 35-ci km-də, yolun Kürdəmir şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, rayonun Qarasaqqal kənd sakini, 1994-cü il təvəllüdlü, Mərhəmət Zəfər oğlu Abullayev idarə etdiyi "VAZ-21015" markalı, "90-FO-581" dövlət qeydiyyat nişanlı minik maşını ilə hərəkətdə olarkən qarşı tərəfdən gələn "VAZ-2107" markalı, "12-BE-867" dovlət qeydiyyat nişanlı minik maşını ilə toqquşub. Nəticədə sürücü M.Abullayev və onun 2016-ci il təvəllüdlü qızı Röya Mərhəmət qızı Abdullayeva müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib. Hazırda xəstələrin vəziyyəti orta-ağırdır.
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/kurdemirde-iki-masin-toqqusub-xesaret-alanlar-var

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR