SOCAR: “Günəşli” yatağındakı 7 saylı özüldə vəziyyət nəzarət altındadır

SOCAR: “Günəşli” yatağındakı 7 saylı özüldə vəziyyət nəzarət altındadır
21:50 11 May 2017
51 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Dünən axşam “28 May” NQÇİ-nin 7 saylı dərin dəniz özülündə qazılan 319 saylı quyuda qazma vaxtı gil məhlulunda udulma baş vermiş, nəticədə qaz təzahürü əmələ gəlib.

Trend SOCAR-a istinadən xəbər verir ki, Lazımi tədbirlər görülmüş, quyunun ağzı bağlanmış, quyuağzı parametrlər nəzarət altına alınmışdı. Lakin sonradan, bu bu gün, təqribən saat 16 radələrində özülün yaxınlığında dəniz səthində qaz qabarcıqları ilə müşayiət olunan anormal su axını (qrifon) əmələ gəlmiş və get-gedə artmağa başlamışdır. Bütün ehtimallar nəzərə alınaraq, özüldə işləyən iki istismar quyusunda hasilat saxlanılmış, özüldə qazma işləri dayandırılıb.

SOCAR-ın prezidenti Rövnəq Abdullayev vəziyyəti yerində qiymətləndirmək üçün özülə getmiş və bütün işçi heyətin tam tərkibdə təxliyyə olunması haqqında tapşırıq verib. Bu tapşırığa əsasən 7 saylı dərin dəniz özülündə olan bütün əməkdaşlar təxliyyə edilib.

Hazırda mütəxəssislərdən ibarət operatriv qrup yaxındakı özüllərdən və hazır vəziyyətdə növbə çəkən gəmilərdən vəziyyətə nəzarət edir.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/incident/2752812.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR