Başqasının adına SİM kartı olanlara - Qadağa

Başqasının adına SİM kartı olanlara - Qadağa
22:12 11 May 2017
Ölkə mətbuatı
A- A+

SİM kartların başqasına verilməsinə qadağa qoyulacaq.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bu sözləri Azərbaycan İnternet Formumun prezidenti Osman Gündüz deyib.

Onun sözlərinə görə, yeni qanun müəyyən problemlər yarada bilər: "Ailələrin əksərində uşaqların işlətdikləri nömrələr, həmçinin xeyli sayda yaşlı sakinlər var ki, onların işətdikləri nömrələr, xeyli sayda hüquqi şəxslərə aid nömrələr tamamilə başqa şəxslərin adına sənədləşdirilib.

Əgər qanun layihəsi son dövrlərin təcrübəsinə əsaslanaraq heç bir ictimai müzakirə olmadan bu fomada qəbul olacaqsa, deməli, buna uyğun da yeni cərimələr qaçılmaz olacaq.

Ümumiyyətlə, texnologiyaların indiki inkişaf mərhələsində təhlükəsizliyin təmin edilməsi məqsədilə mobil nömrələrə qarşı bu cür sərt yanaşmanın elə də effektiv olacağını düşünmürəm"

Qeyd edək ki, Milli Məclisdə "Telekommunikasiya haqqında" qanuna əlavə və dəyişikliklər təklif edilib. Belə ki, yeni dəyişikliyə görə, SİM kartların başqa şəxslərə daimi istifadə, habelə mütəmadi gəlir (mənfəət) əldə etmək məqsədilə kirayəyə verilməsinə qadağa qoyulacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/mobilt/543841.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR