Spirtli içkinin sağlamlığa vurduğu zərərlər

Spirtli içkinin sağlamlığa vurduğu zərərlər
22:22 11 May 2017
94 Ölkə
Ölkə mətbuatı
A- A+

Spirtli içki, insanın zehnini bulandıran və sağlam düşünməsinə mane olan bir maddədir. Spirtli içki istehlak edən şəxslər özünün idarəetmə qabiliyyətini və şüurunu itirir və sağlam düşünə bilmirlər.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, spirtli içki istifadə edən insan özü və ətrafı üçün potensial təhlükədir.

İndi isə, gəlin spirtli içkinin sağlamlığıa vurduğu zərərlər ilə yaxından tanış olaq:
- Baş ağrısı və mədə qanaxmasına səbəb olur.
- Yaddaş itkisi və müvəqqəti korluğa səbəb olur.
- Beyin və sinir hüceyrələrinə qalıcı ziyan vurur.
- Uşaqların inkişafına mənfi təsir edir.
- Ətrafınızdakı insanların sizdən uzaqlaşmasına səbəb olur.
- Mədə, yemək borusu, boğaz və pankreas xərçənginə səbəb olur.
- Yuxu pozğunluqlarına səbəb olur.
- Danışma çətinlikləri, dil dolaşıqlığına səbəb olur.
- Hər hansı bir xəstəliyə tutulma riskini yüksək nisbətdə artırır.
- Bir çox psixoloji pozğunluğun daha da pis istiqamətə getməsinə səbəb olur.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/543393.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR