Kürdəmirdə iki maşın toqquşdu - Xəsarət alanlar var

Kürdəmirdə iki maşın toqquşdu - Xəsarət alanlar var
22:23 11 May 2017
63 Ölkə
Ölkə mətbuatı
A- A+

Kürdəmir rayonunda iki minik avtomobilinin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Publika.az xəbər verir ki, hadisə bu gün 19:30 radələrində Ağsu-Kürdəmir-Bəhramtəpə yolunun 35-ci km-də, yolun Kürdəmir şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, rayonun Qarasaqqal kənd sakini, 1994-cü il təvəllüdlü, Mərhəmət Zəfər oğlu Abullayev idarə etdiyi "VAZ-21015" markalı, "90-FO-581" dövlət qeydiyyat nişanlı minik maşını ilə hərəkətdə olarkən qarşı tərəfdən gələn "VAZ-2107" markalı, "12-BE-867" dovlət qeydiyyat nişanlı minik maşını ilə toqquşub. Nəticədə sürücü M.Abullayev və onun 2016-ci il təvəllüdlü qızı Röya Mərhəmət qızı Abdullayeva müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib. Hazırda xəstələrin vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/198437.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR