Bakı-2017: Futbol üzrə millimiz qrupda liderliyə yüksəlib

Bakı-2017: Futbol üzrə millimiz qrupda liderliyə yüksəlib
22:43 11 May 2017
171 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında futbol yarışlarının qrup mərhələsinin oyunları davam edir.

Trend-in məlumatına görə, II turda A qrupunda yer alan Azərbaycan və Səudiyyə Ərəbistan milliləri qarşılaşıblar.

"Bayıl Arena"da gərgin və qarşılıqlı hücumlar şəraitində keçən oyun Azərbaycan futbolçularının qələbəsi ilə başa çatıb - 2:0.

Bununla Azərbaycan aktivinə 4 xal yazdıraraq qrupda liderliyi ələ keçirib.

.

Xatırladaq ki, birinci turda Azərbaycan və Kamerun arasında keçırılən oyunda tərəflər meydandan sülhlə ayrılıb - 0:0.

Qeyd edək ki, açılış günü mayın 12-də baş tutacaq Bakı-2017 İslam Həmrəyliyi Oyunları 8-22 may tarixlərində Azərbaycan paytaxtında 16 yarış obyektində 17 Olimpiya və 3 qeyri-olimpiya növü olmaqla, 20 idman növü üzrə keçiriləcək.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2752826.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR