Kürdəmir sakini evin damından yıxılaraq ağır xəsarət alıb

Kürdəmir sakini evin damından yıxılaraq ağır xəsarət alıb
23:02 11 May 2017
99 Ölkə
Ölkə mətbuatı
A- A+

Kürdəmir. 11 may. REPORT.AZ/ Kürdəmir rayonunun Söyüdlər kəndində bədbəxt hadisə baş verib.
"Report"un Şirvan bürosunun xəbərinə görə, bu gün saat 17:30 radələrində 1972-c i il təvəllüdlü kənd sakini Əbil Zakir oğlu Cəfərov ona məxsus evin damına çıxaraq külək nəticəsində qırılmış dam örtüyünü dəyişən zaman baş verib.
Hürdürlükdən yerə yıxılan Ə.Cəfərov yaxınları tərəfindən dərhal Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Travmatologiya şöbəsinə yerləşdirilən xəstəyə ilkin tibbi yadım göstərilib. Yaralının vəziyyəti ağır olduğundan o, Bakıdakı xəstəxanaların birinə göndərilib.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/kurdemir-sakini-evin-damindan-yixilaraq-agir-xesaret-alib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR