Diaqnoz qoyub müalicə edə bilən robot hazırlandı

Diaqnoz qoyub müalicə edə bilən robot hazırlandı
23:12 11 May 2017
100 Maraqlı
Ölkə mətbuatı
A- A+

Fiziki müalicədə istifadə ediləcək, eyni anda diaqnoz qoyub müalicə tətbiq edə bilən reabilitasiya robotu düzəldilib.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, təxminən 15 ildir fiziki müalicə məqsədli məşq robotu hazırlamaq üçün tər tökən mütəxəssislər dünyadakı nümunlərdən qat-qat üstün olan robot hazırlamağı bacardı. Bu mövzuda 2004-cü ildən etibarən işlədiklərini dilə gətirən mütəxəssislər, robot barəsində məlumat verdilər: "İlk olaraq məşq robotu olan və diz üçün işləyən robotu hazırladıq. Ardından da bilək və qol üçün istifadə edilən ikinci robotu keçən il hazırladıq. Bu robotlar süni zəka ilə işləyən sistemlərdir. Sistemin proqramlarında hərəkətlər öyrədilir və sistem bunları təkrar edə bilir. Bundan əlavə, xəstədən gələn reaksiyalara cavab verərək, müalicə müddətində dəyişikliklər edə bilir. Sistem hərəkətləri yaddaşında saxlayır. Bu məlumatları nəzərdən keçirib müalicə edir. Sistem, xəstənin yaxşılaşma müddətini obyektiv olaraq ölçüb, təqib edə bilir. İnternet əsaslı olduğu üçün məlumatları müalicə mərkəzinə çatdırır. Mütəxəssislər də buna görə üsul təyin edir".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/543391.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR