İslamiada: yığmamız Əlcəzairə uduzdu - FOTO

İslamiada: yığmamız Əlcəzairə uduzdu - FOTO
23:12 11 May 2017
111 İdman
Ölkə mətbuatı
A- A+

"Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarının həndbol yarışlarının qrup mərhələsinin sonuncu günündə - mayın 11-də günə Azərbaycanın və Əlcəzairin kişi həndbolçuları arasında qarşılaşma ilə yekun vurulub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki,  "A" qrupunda yer alan komandaların yarımfinal uğrunda görüşləri maraqlı idman mübarizəsi ilə yadda qalıb. Matçın ilk hissəsini 15:11 hesabı ilə Əlcəzair millisi öz xeyrinə tamamlayıb. Görüşün ikinci hissəsində də Əlcəzair yığması üstün olub - 20:11. Beləliklə, ümumi nəticədə 35:22 hesabı ilə qalib gələn Əlcəzair kollektivi yarımfinala sonuncu vəsiqənin sahibi olub.

Matçın ikinci hissəsinin 13-cü dəqiqəsində komandamızın qapıçısı Elnur Cahangirov qayda pozuntusuna görə oyundan kənarlaşdırılıb.

Qarşılaşmanı fransalı hakimlər briqadası idarə edib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/543853.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR