Bakı sakinləri İslamiadanı TV və internet vasitəsilə izləməyə üstünlük verir - FOTO

Bakı sakinləri İslamiadanı TV və internet vasitəsilə izləməyə üstünlük verir - FOTO
23:38 11 May 2017
96 Digər
Ölkə mətbuatı
A- A+

“ACT Azərbaycan” 19 aprel - 1 may tarixlərində Bakı şəhərində apardığı sorğu nəticələrini təqdim edir.

Artıq bir neçə saatdan sonra uzun zamandır gözlənilən və hazırlıqları gedən IV İslam Həmrəyliyi Oyunlarının rəsmi açılış mərasimi keçiriləcək. Builki oyunlar 12-22 may tarixləri arasında Bakıda baş tutacaq. İdman oyunlarında 21 idman növü üzrə 57 dövlətin 6 minə yaxın idmançısının mübarizə aparacağı nəzərdə tutulub.

Rəyi soruşulmuş Bakı sakinlərinin böyük əksəriyyəti IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsindən xəbərdardır (85 %).

Respondentlərin yarıdan çoxu idman oyunlarını televizor qarşısında və ya internet vasitəsilə izləyəcəyini bildirib (58 %). İslamiadada çıxış edəcək komandaları arenalardan dəstəkləyənlər nisbətən azdır (13 %). Respondentlərin beşdə biri isə idman oyunlarına maraq göstərmir (21 %). Rəyi soruşulanların 8 %-i isə oyunları izləməklə bağlı konkret bir qərara gələ bilməyib.

Sorğu 19 aprel – 1 may tarixlərində Bakı şəhərində 400 respondent arasında telefon vasitəsilə həyata keçirilib. Sorğu nəticələrinin yanlışlıq həddi maksimum 4.9 %-dir.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/islamiada/198444.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR