Nobel prospektində maşın aşdı - Ölən və yaralanan var - FOTO

Nobel prospektində maşın aşdı - Ölən və yaralanan var - FOTO
00:18 12 May 2017
102 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakının Xətai rayonu ərazisində minik avtomobilinin aşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Publika.az xəbər verir ki, hadisə Nobel prospektində qeydə alınıb.

Belə ki, 1968-ci il təvəllüdlü Qarayev Fərahim Nazim oğlunun idarə etdiyi "Oka" markalı, "22-BE-411" dövlət qeydiyyat nişanlı avtomobil aşıb. Nəticədə sürücü F.Qarayev ölüb. Avtomobildə olan sərnişin, 37 yaşlı Abbasova Alidə Abbas qızı ağır xəsarət alaraq xəstəxanaya yerləşdirib.

Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsində araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/198447.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR