Şəki sakini işıq dirəyinin altında qaldı

00:24 12 May 2017
86 Digər
Ölkə mətbuatı
A- A+

Şəkidə 49 yaşlı kişi bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb.

 

Şəki Mərkəzi Rayon Xəstəxanasından (MRX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, bu gün axşam saat 19 radələrində rayonun Böyük Dəhnə kənd sakini, 1968-ci il təvəllüdlü Qabil Camal oğlu Səlimov müxtəlif dərəcəli ağır bədən xəsarətləri və travmatik şok vəziyyətdə xəstəxanaya daxil olub. Müayinə zamanı məlum olub ki, 49 yaşlı Qabil Səlimovun üzərinə ağac materialından olan işıq dirəyi düşüb. Qabil Səlimovun vəziyyəti nəzərə alınaraq  müayinə və müalicəsini davam etdirmək üçün Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib.

 

Şəki Şəhər-Rayon Polis Şöbəsindən APA-ya bildirilib ki, hadisə Böyük Dəhnə kəndi ərazisində qeydə alınıb. Hadisənin baş vermə səbəbləri araşdırılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/274409

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR