UEFA Avropa Liqası:

UEFA Avropa Liqasında yarımfinal mərhələsinə yekun vurulub.

Metbuat.az-ın məlumatına görə, "Mançester Yunayted" "Selta"nı, "Lion" isə "Ayaks"ı qəbul edib.

İngiltərədə bərabərlik qeydə alınıb. Komandalar hərəyə 1 dəfə fərqləniblər. Fransada keçirilən matçda isə "Lion" "Ayaks"ı 3:1 hesabı ilə məğlub etsə də, finala adlayan tərəf Amsterdam təmsilçisi olub.

UEFA Avropa Liqası

Yarımfinal, cavab oyunları

"Mançester Yunayted" (İngiltərə) - "Selta" (İspaniya) - 1:1

Qollar: Fellayni, 17 - Ronkalya, 85

İlk oyun - 1:0

"Lion" (Fransa) - "Ayaks" - 3:1

Qollar: Lakasett, 45; 45+1, Qezzal, 81 - Dolberq, 27

İlk oyun - 1:4

"Mançester Yunayted" və "Ayaks" arasındakı final matçı mayın 24-də İsveçin paytaxtı Stokholmda keçiriləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR