Eurovision-2017:

Ukraynanın paytaxtı Kiyevdə, Beynəlxalq Sərgi Mərkəzində "Eurovision-2017" mahnı müsabiqəsinin ikinci yarımfinal mərhələsi keçirilib.

Metbuat.az-ın məlumatına görə, 18 ölkənin yarışdığı gecədə daha çox səs toplayan 10 ifa finala vəsiqə qazanıb. Onların sırasında Bolqarıstan, Belarus, Xorvatiya, Macarıstan, Danimarka, İsrail, Rumıniya, Norveç, Niderland və Avstriya var.

Qeyd edək ki, müsabiqənin final mərhələsi mayın 13-də keçiriləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR