Ukrayna üçün tarixi gün yaxınlaşır

Ukrayna prezidenti Pyötr Poroşenko Avropa İttifaqı ilə imzalanacaq və ölkələr arasındakı vizasız gediş-gəlişi təmin edəcək anlaşma barədə danışıb.

Metbuat.az-ın məlumatına görə, Ukrayna lideri anlaşmanın 17 mayda Avropa Parlamentində imzalanacağını bildirib. Onun sözlərinə görə, bu, ölkəsinin suverenliyi naminə böyük addım olacaq:

"34 Avropa ölkəsi Ukrayna vətəndaşlarına qısamüddətli vizasız səfərlər üçün "yaşıl işıq" yandıracaq. Səfirliklərdə, viza mərkəzlərində gözləmələr başa çatır. Bezdirici sənəd işləri tarixin yaddaşına qovuşur.

Bu, Ukraynanın suverenliyi adına böyük addımdır. Sovet keçmişindən ayrılırıq. Avropa mədəniyyətinin bir parçası olacağıq. Viza məsələsi Avropa strategiyamızın doğru olduğunun göstəricisidir".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR