Avroliqa: "Mançester Yunayted" və "Ayaks" finalda - VİDEO

Avroliqa: "Mançester Yunayted" və "Ayaks" finalda - VİDEO
01:43 12 May 2017
157 İdman
Ölkə mətbuatı
A- A+

Futbol üzrə Avropa Liqasında finalçılar müəyyənləşib.

"Report"un məlumatına görə, həlledici görüşə vəsiqə qazanacaq komandalar İngiltərə və Fransada keçiriləcək yarımfinal mərhələsinin cavab oyunlarından sonra bəlli olub.

"Mançester Yunayted" İspaniyada yendiyi "Selta" ilə ev oyununda heç-heçə edib. "Lion" isə Hollandiyada 1:4 hesabı ilə uduzduğu "Ayaks"dan əvəz çıxmağa çox yaxın olub. Lakin oyunu ən azı uzatma dəqiqələrinə aparmağa 1 qol çatmayıb. Beləliklə, mayın 24-də İsveçin paytaxtı Stokholmdakı "Friends Arena"da keçiriləcək final matçında "Mançester Yunayted"lə "Ayaks" üz-üzə gələcək.

Qeyd edək ki, "Ayaks" 21 ildən sonra avrokubokların həlledici qarşılaşmasında oynayacaq.

Avropa Liqası

Yarımfinal mərhələsi, cavab oyunları

11 may

23:05. "Mançester Yunayted” (İngiltərə) – "Selta” (İspaniya) - 1:1

Qollar: Maruan Fellaini, 17 - Fakundo Renkaqlia, 85

Qırmızı vərəqələr: Erik Bertrand Beylli, 88 - Fakundo Renkaqlia, 89

Baş hakim: Ovidiu Hatseqan (Rumıniya)

İlk oyun – 1:0

23:05. "Lion” (Fransa) – "Ayaks” (Hollandiya) - 3:1

Qollar: Aleksandr Lyakazett, 45; 45+1. Raşid Gezzal, 81 - Kasper Dolberq, 27

Qırmızı vərəqə: Nik Viergever, 84 ("Ayaks")

Baş hakim: Şimon Martsinyak (Polşa)

İlk oyun – 1:4


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/198455.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR