Xırdalanda yük maşını qəza törədib, çəni deşilərək yanacağı yola tökülüb

Xırdalanda yük maşını qəza törədib, çəni deşilərək yanacağı yola tökülüb
05:57 12 May 2017
153 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 12 may. REPORT.AZ/ Abşeron rayonunun Xırdalan dairəsi kimi tanınan ərazisində yük avtomobili qəzaya uğrayıb.
"Report" xəbər verir ki, 12 metr uzunluğa malik avtomobil daşıyan "MAN" markalı yük maşını yolun ortasındakı dəmir arakəsməyə çırpılıb.
Zərbə o qədər güclü olub ki, yük avtomobilinin benzin çəni deşilib və yanacaq yola tökülüb.
Sürücü Yol Patrul Xidmətinin əməkdaşlarına ilkin ifadəsi zamanı bildirib ki, qəzaya onun sükan arxasında yatması səbəb olub.
Qeyd edək ki, hadisə baş verən zaman yük avtomobili boş olub.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/xirdalanda-yuk-masini-qeza-toredib-ceni-desilerek-yanacagi-yola-tokulub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR