İslamiada: Kişi həndbolçularımızdan fiasko

İslamiada: Kişi həndbolçularımızdan fiasko
06:59 12 May 2017
106 Digər
Ölkə mətbuatı
A- A+

İslam Həmrəyliyi Oyunları çərçivəsində kişi həndbolçular arasında keçirilən yarışın qrup mərhələsinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, millimiz A qrupundakı sonuncu oyununda Əlcəzairlə qarşılaşıb.

 

İlk oyunda Pakistana qalib gələrək, ikinci matçında Səudiyyə Ərəbistanına uduzan yığmamız bu dəfə də qələbəyə həsrət qalıb.

 

22:35 hesablı məğlubiyyət millimizin Oyunlarda mükafatsız qalmasına səbəb olub. Komandamız mübarizəsini 6-7-ci yerlər uğrunda davam etdirəcək.

 

Qrupun digər matçında isə Səudiyyə Ərəbistanı Pakistana qalib gəlib – 35:26.

 

B qrupunun oyunlarında isə İraq Mərakeşə (25:22), Türkiyə isə İordaniyaya qalib gəlib (26:21).

 

İslam Həmrəyliyi Oyunları

Həndbol (kişilər)

III tur

 

A qrupu

Azərbaycan – Əlcəzair – 22:35

 

Səudiyyə Ərəbistanı – Pakistan – 35:26 

 

B qrupu

Mərakeş – İraq – 22:25
İordaniya – Türkiyə - 21:26

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/274421

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR