Xırdalanda orta yaşlı kafe müştərisi bıçaqlanıb

Xırdalanda orta yaşlı kafe müştərisi bıçaqlanıb
08:02 12 May 2017
63 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 12 may. REPORT.AZ/ Abşeron rayonunun Xırdalan şəhərində bıçaqlanma hadisəsi baş verib.
"Report" xəbər verir ki, insident şəhər ərazisində yerləşən kafelərdən birinin müştəriləri arasında qeydə alınıb.
Hadisə nəticəsində 1974-cü il təvəllüdlü Məmmədov Zakir Sahib oğlu kafedə olan tanımadığı şəxs tərəfindən bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Abşeron Rayon Polis İdarəsində hadisənin təfərrüatları araşdırılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/xirdalanda-orta-yasli-kafe-musterisi-bicaqlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR