Üzərinə işıq dirəyi düşüb, ağır xəsarət alıb

Üzərinə işıq dirəyi düşüb, ağır xəsarət alıb
08:27 12 May 2017
80 Ölkə
Ölkə mətbuatı
A- A+

Şəkidə 49 yaşlı kişi bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb.

Milli.Az bildirir ki, Şəki Mərkəzi Rayon Xəstəxanasından (MRX) APA-ya verilən məlumata görə, dünən axşam saat 19 radələrində rayonun Böyük Dəhnə kənd sakini, 1968-ci il təvəllüdlü Qabil Camal oğlu Səlimov müxtəlif dərəcəli ağır bədən xəsarətləri və travmatik şok vəziyyətdə xəstəxanaya daxil olub. Müayinə zamanı məlum olub ki, 49 yaşlı Qabil Səlimovun üzərinə ağac materialından olan işıq dirəyi düşüb. Qabil Səlimovun vəziyyəti nəzərə alınaraq  müayinə və müalicəsini davam etdirmək üçün Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib.
 
Şəki Şəhər-Rayon Polis Şöbəsindən bildirilib ki, hadisə Böyük Dəhnə kəndi ərazisində qeydə alınıb. Hadisənin baş vermə səbəbləri araşdırılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/543871.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR