İki avtomobil toqquşub, ata və 1 yaşlı qızı xəsarət alıb

İki avtomobil toqquşub, ata və 1 yaşlı qızı xəsarət alıb
08:32 12 May 2017
105 Ölkə
Ölkə mətbuatı
A- A+

Kürdəmirdə baş verən yol qəzasında ata və qızı xəsarət alıb. Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə ötən gün axşam saatlarında Ağsu-Kürdəmir-Bəhrəmtəpə yolunun Kürdəmir rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Kürdəmir rayonunun Qarasaqqal kənd sakini, 1994-cü il təvəllüdlü Mərhəmət Zəfər oğlu Abdullayev idarə etdiyi "VAZ-21015" markalı maşınla hərəkətdə olarkən qarşıdan gələn "VAZ-2107" markalı maşınla toqquşub.

Nəticədə  "VAZ-21015" markalı maşının sürücüsü M. Abdullayev və onun 2016-cı il təvəllüdlü qızı Röya Abdullayeva müxtəlif xəsarətlərlə Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.
 
Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/543872.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR