Lənkəranda ər uşaqların gözü qarşısında həyat yoldaşını bıçaqlayıb

Lənkəranda ər uşaqların gözü qarşısında həyat yoldaşını bıçaqlayıb
08:37 12 May 2017
107 Ölkə
Ölkə mətbuatı
A- A+

Lənkəran. 12 may. REPORT.AZ/ Lənkəran şəhərində bıçaqlanma hadisəsi baş verib.
"Report"un Cənub bürosu xəbər verir ki, insident şəhərin Ağaməmmədli, 13 ünvanında qeydə alınıb.
Ailə münaqişəsi zəminində 1973-cü il təvəllüdlü Süleymanov Kamil Balahüseyn oğlu həyat yoldaşı Hüseynova Pərvanə Şahvələd qızını bıçaqlayıb. İki bıçaq yarası alan qadın əri tərəfindən xəstəxanaya çatdırılıb. Bıçaq zərbəsi dərinə işlədiyindən yaralı təcili əməliyyat olunub.
Hadisə baş verən zaman cütlüyün 3 övladı da evdə olub.
Faktla bağlı hüquq-mühafшzə orqanları tərəfindən araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/lenkeranda-er-usaqlarin-gozu-qarsisinda-heyat-yoldasini-bicaqlayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR