Türkiyənin tanınmış müğənnisi vəfat etdi

Türkiyənin tanınmış müğənnisi vəfat etdi
08:47 12 May 2017
155 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyənin tanınmış müğənnisi İbrahim Erkal dünyasını dəyişib.

Milli.Az report.az-a istinadən bildirir ki, Ümraniye Təhsil və Araşdırma Xəstəxanasının rəhbəri Dr. Necdet Sağlam agentliyə açıqlamasında beyin ölümü gerçəkləşən İbrahim Erkalın saat 22:10-da (Bakı vaxtı ilə 23:10) ürəyinin də dayandığını bildirərək, vəfat etdiyini söyləyib.

"Dəyərli sənətkarımız İbrahim Erkal bu gün saat 22.10-da ürəyinin də dayanması nəticəsində vəfat edib. Ona Allahdan rəhmət, ailəsinə və əzizlərinə səbr diləyirik", - deyə həkim bildirib.

Qeyd edək ki, iki gün əvvəl beyin ölümü gerçəkləşən İbrahim Erkalın ürək və digər orqanları tibbi dəstək sayəsində öz fəaliyyətini davam etdirirdi.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/543875.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR