SKMF Astarada sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb

SKMF Astarada sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb
09:02 12 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 12 may. REPORT.AZ/ İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Astara rayonunda prioritet hesab olunan sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb. 
"Report" nazirliyə istinadən xəbər verir ki, Fond iş adamlarından ixtisaslaşdırılmış yaşıl market, cins heyvandarlıq, çayçılıq, istixana, arıçılıq (o cümlədən sənaye üsulu ilə bal istehsalı), bağçılıq təsərrüfatlarının və meyvə emalı müəssisəsinin yaradılması istiqamətlərində investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulunu məqsədəuyğun hesab edib. 
Sahibkarlar bu gündən müvəkkil kredit təşkilatları vasitəsilə SKMFya müraciət edə bilərlər. 
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi, 172. Telefon: (012) 434- 74-29. Faks: (012) 432-37-17. e-poçt: info@anfes.gov.az

Xəbərin orijinal ünvanı: https://report.az/biznes/skmf-astarada-sahibkarlardan-investisiya-layihelerinin-qebuluna-baslayib-01010101

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR