Azərbaycanın aparıcı şərab istehsalçısının səhmdarlarının yığıncağı keçiriləcək

Azərbaycanın aparıcı şərab istehsalçısının səhmdarlarının yığıncağı keçiriləcək
09:12 12 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 12 may. REPORT.AZ/ İyunun 30-da, saat 11:00-da “Bakı Şərab-1” ASC-nin səhmdarlarının illik ümumi yığıncağı keçiriləcək.
"Report" xəbər verir ki, bu barədə müəssisənin Müşahidə Şurasına istinadən rəsmi mətbuatda məlumat verilib. 
Məlumatda deyilir ki, yığıncaq Cəmiyyətin yerləşdiuyi Bakı şəhəri, Heydər Əliyev prospekti, 104 ünvanında olacaq. Yığıncağın gündəliyi açıqlanmır. 
Xatırladaq ki, “Bakı Şərab-1” ASC 2001-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 2 311 790 manatdır. 

Xəbərin orijinal ünvanı: https://report.az/ask/azerbaycanin-aparici-serab-istehsalcisinin-sehmdarlarinin-yigincagi-kecirilecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR