"Liverpul"un gözü Romadadır

"Liverpul"un gözü Romadadır
09:12 12 May 2017
87 İdman
Ölkə mətbuatı
A- A+

Növbəti mövsümdə Çempionlar Liqasında çıxış etməyi planlaşdıran "Liverpul" hücum xəttini gücləndirmək barədə düşünür.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, "qırmızılar" "Roma"nın misirli hücumçusu Məhəmməd Salahı transfer etməyi planlaşdırır.

Bu barədə məlumatı İngiltərə mətbuatı yayıb. Ötən il 15 milyon avro qarşılığında "Çelsi"dən transfer edilən Salahın transfer qiymətinin 30 milyon avro olduğu qeyd edilib.
 
Qeyd edək ki, misirli hücumçu cari mövsümdə şans qazandığı 38 oyunda 17 qol vurub, 14 qol ötürməsi edib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/543881.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR