Müəllimə dərs zamanı öldü - QAXDA

Müəllimə dərs zamanı öldü - QAXDA
09:13 12 May 2017
487 Ölkə
Ölkə mətbuatı
A- A+

Qax rayonunda dərs zamanı halı pisləşən müəllim dünyasını dəyişib.

Qax rayonu Turaclı kəndindən olan 1966-cı il təvəllüdlü Gülxar Nadir qızı Babayevanın məktəbdə dərs zamanı halı pisləşib. Onu təcili yardım maşını ilə Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar. Ancaq xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən 51 yaşlı müəllim təqribən bir saatdan sonra dünyasını dəyişib.

Faktla baglı araşdırma aparılır.

Qeyd edək ki, dünən Qax Olimpiya İdman Kompleksində Təhsil Nazirliyi tərəfindən ümumtəhsil məktəblərində işləyən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçirilib. G.Babayeva da iki gün sonra 12 mindən çox müəllimin iştirak etdiyi qiymətləndirmədə iştirak etməliymiş.

Müəllimə 10 ildir yüksək qan təzyiqi xəstəliyindən əziyyət çəkirmiş. Həkimlər bildirib ki, müəllimənin ölümünə səbəb də bu olub.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/198468.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR