"Fənərbağça" rus hücumçu ilə maraqlanır

"Fənərbağça" rus hücumçu ilə maraqlanır
09:17 12 May 2017
95 İdman
Ölkə mətbuatı
A- A+

"Krasnodar"ın hücumçusu Fyodor Smolov karyerasını Türkiyədə davam etdirə bilər. 

Milli.Az qol.az-a istinadən xəbər verir ki, "Fənərbağça" rus forvardın xidmətində maraqlıdır.

İstanbul təmsilçisi yayda heyətindəki hücumçulardan ikisini - Robin van Persi və Emanuel Emenikeni satmağı planlaşdırır. Onların əvəzinə komandaya 2 yeni forvard qoşulacaq ki, namizədlərdən biri də məhz Smolovdur. 

Qeyd edək ki, Smolovun hazırkı klubu ilə hələ 2 illik müqaviləsi var.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/543883.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR