Ticarət festivalları dövründə fiziki şəxslərdən elektron vergi hesab-fakturası tələb olunmayacaq

Ticarət festivalları dövründə fiziki şəxslərdən elektron vergi hesab-fakturası tələb olunmayacaq
09:37 12 May 2017
75 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 12 may. REPORT.AZ/ Azərbaycanda ticarət festivalları dövründə fiziki şəxslərdən elektron vergi hesab-fakturası tələb olunmayacaq.
"Report"un xəbərinə görə, bununla bağlı Nazirlər Kabineti “Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə Qaydaları"nda dəyişiklik edib.
Elektron vergi hesab-fakturası məlumatları özündə əks etdirilməklə elektron formada hazırlanan sənəddir. Bu qaydalara müvafiq tərtib edilməyən elektron vergi hesab-fakturası ƏDV-nin və aksizin əvəzləşdirilməsinə əsas vermir.
Elektron vergi hesab-fakturalarının seriyaları və nömrələri Vergilər Nazirliyində tətbiq edilən Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi (AVİS) vasitəsilə verilir. ƏDV ödəyicisi kimi qeydiyyatdan keçmiş və vergi tutulan əməliyyat aparan şəxs (satıcı) malları (işləri, xidmətləri) alan şəxsə (alıcıya, yaxud sifarişçiyə) elektron vergi hesab-fakturasını elektron formatda təqdim etməlidir.
Elektron vergi hesab-fakturasında vergi ödəyicisinin və alıcının (sifarişçinin) adı, vergi ödəyicisinin və alıcının (sifarişçinin) eyniləşdirmə nömrəsi, yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin adı, vergi tutulan əməliyyatın haqqının məbləği, həmçinin vergi tutulan əməliyyatın həcmi, aksizli mallarda aksizin məbləği, vergi tutulan əməliyyatdan ödənilməli olan verginin məbləği, elektron vergi hesab-fakturasının verilmə tarixi, elektron vergi hesab-fakturasının nömrəsi, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyicisinin qeydiyyat bildirişini vermiş vergi orqanının adı, bildirişin verilmə tarixi və nömrəsi, elektron vergi hesab-fakturasını imza etmiş məsul şəxsin vəzifəsi, soyadı, adı, atasının adı əks etdirilir.
İndiyədək bu qaydalar ƏDV-nin qaytarılması şərtilə əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə təqdim edilən elektron vergi-hesab fakturalarına şamil olunmurdusa, bundan sonra ticarət festivalları dövründə bütün fiziki şəxslərə də şamil edilməyəcək.

Xəbərin orijinal ünvanı: https://report.az/daxili-siyaset/ticaret-festivallari-dovrunde-fiziki-sexslerden-elektron-vergi-hesab-fakturasi-teleb-olunmayacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR