Almaniya Ukraynaya 500 milyon avro ayırdı

Almaniya Ukraynaya 500 milyon avro ayırdı
22:29 7 Yanvar 2015
96 Dünya
Ölkə mətbuatı
A- A+

Almaniya Ukraynaya 500 milyon avro həcmində kredit ayırıb.

 

APA-nın məlumatına görə, bu barədə Ukrayna Nazirlər Kabinetinin mətbuat xidməti açıqlama yayıb.

 

“Ukrayna tərəfindən sənədi ölkənin İqtisadi İnkişaf və Ticarət naziri Ayvaras Abromaviçus, Almaniya tərəfindən – Almaniya İqtisadiyyat nazirliyinin Dövlət katibi Mattias Maxniq imzalayıb”, məlumatda deyilir.

 

Ukraynanın Baş naziri Arseni Yatsenyuk qeyd edib ki, maliyyə vəsaitləri ölkənin şərq hissəsində yolların, körpülərin, xəstəxanaların və sosial infrastruktur obyektlərinin bərpasına yönələcək.

 

Qeyd edək ki, A.Yatsenyuk Almaniya kansleri Anqela Merkelin dəvəti ilə Berlində rəsmi səfərdədir.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/189690

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR