"Kara Sevda"nın 52 yaşlı Leylasından BƏD XƏBƏR – FOTOLAR

"Kara Sevda"nın 52 yaşlı Leylasından BƏD XƏBƏR – FOTOLAR
09:43 12 May 2017
157 Şou
Ölkə mətbuatı
A- A+

“Kara Sevda” da Leyla obrazını canlandıran Zerrin Tekindor sevgilisi Haluk Bilginerdən ayrılıb.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 6 ildir sevgili cütlüyün ayrılmasının səbəbi aktrisanın oğlu Hira olub. “Arzu Tramvayı” adlı tamaşada rejissor kürsüsündə oturmağa hazırlaşan Haluk Bilginer Hira Tekindorun aktyorluq qabiliyyətini bəyənməyib. Bunun üçün başqa aktyor axtarışına başlayıb. Bu vəziyyət cütlüyün münasibətlərinin korlanmasına gətirib çıxarıb. Haluk Bilginerse tamaşanı ləğv etməli olub.

Qeyd edək ki, Haluk Bilginer Zuhal Olcaydan boşandıqdan sonra müğənni Aşkın Nur Yengi ilə evlənib, ondan da 2012-ci də ayrılıb. Haluk Bilginerlə Aşıkın Nur Yenginin boşanmasının səbəbi isə Haluk Bilginerin məşhur müğənniyə Zerrin Tekindorla xəyanət etməsi olub.

Aytən


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin2/198471.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR