Ağstafada DYP reyd keçirib, 60-da çox sürücü cərimələnib

Ağstafada DYP reyd keçirib, 60-da çox sürücü cərimələnib
09:57 12 May 2017
96 Ölkə
Ölkə mətbuatı
A- A+

Ağstafa. 12 may. REPORT.AZ/ Ağstafa rayounda Dövlət Yol Polisi (DYP) əməkdaşları reyd keçirib.
"Report"un Qərb bürosunun məlumatına görə, reyd zamanı 60-dan çox sürücü cərimələnib. Reyd zamanı DYP əməkdaşları əsasən Qazax, Gəncə, Mingəçevir şəhərlərinə sərnişindaşıma həyata keçirən mikroavtobus sürücülərini, və digər avtomobil sahiblərini yoxlayıb. Məlum olub ki, əksər sürücülər qaydaları pozaraq ayaq üstə sərnişin daşıyır. Bundan başqa sənədsiz, nasaz avtomobil idarə edən sürürücülər də aşkarlanıb. 
Baş verə bilən yol qəzalarının qarşısını almaq üçün keçirilən yoxlama tədbirləri zamanı cərimə edilən sürücülər qayda pozmağa onları sərnişinlər məcbur etdiklərini bildirblər. Onların sözlərinə görə, mikroavtobusun oturacaqları boş olmadıqda belə sərnişinlər ayaqüstə gedəcəklərini bildirirlər. 
Qeyd edək ki, reyd zamanı 10 avtomobil cərimə meydançasına aparılıb.









Xəbərin orijinal ünvanı: https://report.az/hadise/agstafada-dyp-reyd-kecirib-60-da-cox-surucu-cerimelenib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR