Lerikdə 50 yaşlı qadın özünü yandıraraq intihar edib

Lerikdə 50 yaşlı qadın özünü yandıraraq intihar edib
10:02 12 May 2017
131 Ölkə
Ölkə mətbuatı
A- A+

Lerik. 12 may. REPORT.AZ/ Lerik rayonunda 50 yaşlı qadın özünü yandıraraq intihar edib.
"Report"un Cənub bürosunun verdiyi xəbərə görə, hadisə rayonun Vizəzəmin kəndində qeydə alınıb.
Belə ki, həmin kəndin sakini 1967-ci il təvəllüdlü Gülxarə Sabir qızı Mirməmmədova üzərinə məişətdə istifadə olunan ağ neft tökərək özünü yandırıb. Hadisədən ailə üzvləri xəbər tutsa da onlar G.Mirməmmədovanın həyatını xilas edə bilməyiblər. Yanmış meyitin üzərində ekspertiza aparılıb. 
Onun yaxınlarının sözlərinə görə, G.Məmmədovanın səhhətində problemlər olub.
Faktla bağlı Lerik Rayon Prokurorluğunda araşdırma aparılır. 

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/lerikde-50-yasli-qadin-ozunu-yandiraraq-intihar-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR