"Yaxşı oğlandır" - Tramp Çin lideri barədə

"Yaxşı oğlandır" - Tramp Çin lideri barədə
10:17 12 May 2017
44 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ prezidenti Donald Tramp bildirib ki, Çin lideri ilə yaxşı münasibətlər qura bilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə o, özü "The Economist" jurnalına müsahibəsində deyib.

Tramp bildirib: "Çin liderinin aprelin əvvəllərində ABŞ-a olan iki günlük səfəri çərçivəsində onu bəyəndim. 10 dəqiqə görüşəcəyimizi planlaşdırmışdıq, amma görüşümüz 3 saat çəkdi. Növbəti gün də 10 dəqiqə görüşməyi nəzərdə tutduğum halda görüş saatlarla çəkdi. Şam yeməyi də 3 saat davam etdi".

Çib lideri ilə görüşlərinin bu təfərrüatlarını verən ABŞ lideri sonunda Si Tszinpin barəsində deyib: "Həqiqətən, yaxşı oğlandır".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/543913.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR