60-da çox sürücü cərimələndi - FOTO

60-da çox sürücü cərimələndi - FOTO
10:32 12 May 2017
88 Ölkə
Ölkə mətbuatı
A- A+

Ağstafa rayounda Dövlət Yol Polisi (DYP) əməkdaşları reyd keçirib.

Milli.Az report-a istinadən xəbər verir ki, reyd zamanı 60-dan çox sürücü cərimələnib. Reyd zamanı DYP əməkdaşları əsasən Qazax, Gəncə, Mingəçevir şəhərlərinə sərnişindaşıma həyata keçirən mikroavtobus sürücülərini, və digər avtomobil sahiblərini yoxlayıb. Məlum olub ki, əksər sürücülər qaydaları pozaraq ayaq üstə sərnişin daşıyır. Bundan başqa sənədsiz, nasaz avtomobil idarə edən sürürücülər də aşkarlanıb. 

Baş verə bilən yol qəzalarının qarşısını almaq üçün keçirilən yoxlama tədbirləri zamanı cərimə edilən sürücülər qayda pozmağa onları sərnişinlər məcbur etdiklərini bildirblər. Onların sözlərinə görə, mikroavtobusun oturacaqları boş olmadıqda belə sərnişinlər ayaqüstə gedəcəklərini bildirirlər. 
Qeyd edək ki, reyd zamanı 10 avtomobil cərimə meydançasına aparılıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/543916.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR