AZAL FK "Şüvəlan" oldu

AZAL FK "Şüvəlan" oldu
10:37 12 May 2017
120 İdman
Ölkə mətbuatı
A- A+

AZAL futbol klubu fəaliyyətini davam etdirəcək.

Milli.Az report-a istinadən xəbər verir ki, paytaxt təmsilçisi bununla bağlı bəyanat yayıb.
Bildirilib ki, AZAL klubun ləğv edilməsi ilə bağlı 2017-ci il mayın 3-də verilən bəyanat, klub azarkeşlərinin, "fan klub" üzvlərinin, xüsusilə Şüvəlan və Binə qəsəbələrində yaşayan azarkeşlərin narahatçılığına səbəb olub və bununla bağlı çoxsaylı müraciətlər edilib.

Məlumata görə, bu müraciətlərə baxıldıqdan sonra sponsor və tərəfdaşlarla təkrar məsləhətləşmələr aparılıb və AZAL-ın "Şüvəlan Futbol Klubu" adı ilə fəaliyyətinə davam etməsi qərara alınıb.

Klub yeni mövsümdə I Divizionda təmsil olunacaq. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/543928.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR