Müəllimə harda ölüb, imtahanda, yoxsa dərsdə? - AÇIQLAMA - FOTO

Müəllimə harda ölüb, imtahanda, yoxsa dərsdə? - AÇIQLAMA - FOTO
10:47 12 May 2017
211 Ölkə
Ölkə mətbuatı
A- A+

Qax rayonunda 51 yaşlı müəllimə Gülxar Qazıyeva insultdan vəfat edib. Əvvəlcə müəllimənin dərs zamanı halı pisləşdiyi bildirilsə də, sonrada mediada diaqnostik qiymətləndirilmə imtahanında həyəcandan vəziyyətinin dəyişdiyi barədə xəbər yayılıb. 

Milli.Az xəbər verir ki, qafqazinfo məsələni dəqiqləşdirmək üçün Qax Rayon Təhsil Şöbəsi İctimaiyyətlə əlaqələr üzrə məsul şəxs Günay Mahmudova ilə əlaqə saxlayıb. G.Mahmudova bildirib ki, müəllimə 10 ilə yaxındır ki, yüksək qan təzyiqindən əziyyət çəkirdi və həqiqətən də, dərs zamanı dünyasını dəyişib:

"Gülxar Qazıyevanın imtahan günü hələ sabahdır - mayın 13-ü. Ancaq müəllimənin halı dünən məktəbdə pisləşib, xəstəxanaya aparılıb. Riyaziyyat fənnini tədris edirdi. Hamı bilirdi ki, illərdir, yüksək qan təzyiqindən əziyyət çəkir. Ölümünün imtahanla heç bir əlaqəsi yoxdur. Mediada soyadı da yanlış gedib. Babayeva onun ata soyadıdır, sənəddə Qazıyevadır". 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/543929.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR