Azərbaycanın 49 yaşlı xalq artisti iş adamına ƏRƏ GEDİR - EKSKLÜZİV

Azərbaycanın 49 yaşlı xalq artisti iş adamına ƏRƏ GEDİR - EKSKLÜZİV
10:49 12 May 2017
275 Digər
Ölkə mətbuatı
A- A+

 

Xalq artisti Aygün Bayramova subaylığın daşını atmaq niyyətindədir. Lent.az-ın əldə etdiyi məlumata görə, 49 yaşlı muğam ifaçısının mayın 23-də paytaxtın məşhur otellərinin birində toyu olacaq. Xalq artisti adını gizli saxladığı tanınmış iş adamı ilə nikaha girəcək. O, bu özəl gününü mediadan gizlətməyə çalışıb. İfaçının özəl gününə ölkənin müxtəlif sahəsinin say-seçmə adamları, xalq, əməkdar artistləri və şou-biznesin bir çox tanınmış simaları dəvət olunub.

 

Qeyd edək ki, bu A.Bayramovanın ilk evliliyidir. Xalq artisti 1967-ci il avqustun 4-də Ağdam rayonunda anadan olub. 2003-cü ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistidir.

 

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/274432

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR