Elektron vergi hesab-fakturalarının istifadəsində dəyişiklik...

Azərbaycanda “Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə Qaydaları”nda dəyişiklik edilib.

Nazirlər Kabinetindən Metbuat.az-a verilən məlumata görə, hazırda bu Qaydalar ƏDV-nin qaytarılması şərtilə əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə təqdim edilən elektron vergi-hesab fakturalarına şamil olunmur.

Yeni qərara görə isə, bu qaydalar ƏDV-nin qaytarılması şərtilə əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, ticarət festivalları dövründə isə bütün fiziki şəxslərə təqdim edilən elektron vergi-hesab fakturalarına şamil olunmur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR