Arıqlamaq istəyənlər, bu qidalardan yeyin

Qarın bölgəsindəki yağlar bir çox insanın problemidir. Bu sadəcə estetik bir problem deyil, xəstəlik əlaməti də ola bilər.

Metbuat.az xəbər verir ki, qarın bölgəsindəki yağlanma şəkərli və unlu qidaların həddindən artıq istifadəsi, alkoqol qəbulu, hərəkətsizlik, stress kimi problemlərdən əmələ gələ bilər. Mütəxəssislər deyir ki, bol-bol su için. Gündə içəcəyiniz 2 stəkan su, yaşıl çay 50 kalorilik yağ itirməyinizə səbəb olur.

Limon, portağal, naringi və greypfrut qarın yağlarını yandırmaq üçün çox faydalıdır.

Gündə bir ovuc çiyələk maddələr mübadiləsini sürətləndirir. Qarın əridən idmanlardan əvvəlcə çiyələk və qatıq yeyin.

Mütəmadi olaraq gündə 3 alma yesəniz, qarın yağlarınızdan xilas ola bilərsiniz.

Sağlam şəkildə arıqlamaq istəyənlər bol-bol yağsız qatıq yeyin.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR