Keçmiş deputat: "Qorbaçovun yerinə Putin gəlsəydi..."

Keçmiş deputat: "Qorbaçovun yerinə Putin gəlsəydi..."
11:03 12 May 2017
86 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiya Milli Qvardiyasının sədr müavini, keçmiş deputat Aleksandr Hinşteynin Mustafa Kamal Atatürk haqqında fikirləri rus mediyasında gündəm olub.

Publika.az xəbər verir ki, sabiq deputat Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün tarixi rolunu yüksək qiymətləndirərək "əgər Mustafa Kamal Atatürk olmasaydı, bugünkü Türkiyə də olmazdı" deyib.

Rusiyanın dövlət televizyalarından birində çıxışı zamanı türkdilli Hinşteyn dünya ölkələrinin bugünki vəziyyətini tarixdə öz sözünü demiş güclü liderlərin siyasəti ilə əlaqələndirib.

Rusiya Milli Qvardiyasının sədr müavini Aleksandr Hinşteyn fikrini belə izah edib: " O vaxt güclü liderlərdən biri, Franklin Delano Ruzvelt olmasaydı, bugünkü Amerika Birləşmiş Ştatları bu qədər güclü dövlət ola bilməzdi".

Aleksandr Hinşteyn Rusiya haqqında da maraqlı fikirlər səsləndirib. Onun sözlərinə görə, o vaxt keçmiş SSRİ-də hakimiyyətə Mixail Qarbaçovun yerinə Putin gəlsəydi, SSRİ dağılmazdı"

Hinşteyn Rusiya prezidenti Vladimir Putinin ölkə üçün etdiklərini yüksək qiymətləndirib: "Putin hakimiyyətə gələndə ölkə yaxşı vəziyyətdə deyildi. Ölkədə bir sıra daxili müharibələr, kasıblıq və başqa mühüm problemlər vardı. Vladimir Putin qısa müddətdə ölkənin mövqeyini dəyişərək daxili vəziyyəti qaydasına saldı. Çox təəssüf ki, o vaxt Qorbaçovun hakimiyyətə gəlməsi hər şeyi alt-üst etdi. Mən bunu konkret misallarla da sübut edə bilərəm."

Könül Cəfərli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/198483.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR