Bakıda qadının evindən külli miqdarda pul apardılar

Bakıda qadının evindən külli miqdarda pul apardılar
11:09 12 May 2017
69 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda mənzildən külli miqdarda pul oğurlanıb. Lent.az xəbər verir ki, R.Bağırov küçəsində yaşayan 1948-ci il təvəllüdlü İsayeva Arifə Əsəd qızı polisə müraciət edərək bildirib ki, mayın 10-u saat 22:00-dan mayın 11-i günortayadək evdə olmadığı müddətdə naməlum şəxs və ya şəxslər evinə soxulub. Mənzilin pəncərəsinin nəfəsliyindən keçən oğrular evdən 10 min manat və 1400 dollar götürüb.

 

Faktla bağlı araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/274435

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR